Sabah FK - St. Patrick's Athletic

Sabah FK - St. Patrick's Athletic

Tədbir haqqında

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah" İrlandiyanın "Sent Patriks" klubunu qəbul edəcək. Oyun avqustun 15-də, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.

QEYD: BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR QAYTARILMIR VƏ YA DƏYİŞDİRİLMİR.

1.    Bilet yalnız üzərində qeyd olunan tarix və vaxtda, biletdə göstərilən yerdən istifadə hüququ verir.
2.    Bilet sahibi təşkilatçının və təhlükəsizlik əməkdaşlarının təlimatlarına riayət etməlidir.
3.    Bilet tədbirin sonuna qədər saxlanılmalıdır. 
4.    Biletin geri qaytarılması yalnız tədbir baş tutmadığı təqdirdə mümkündür. 
5.    İtirilən biletlər bərpa edilmir. 
6.    Oyuna gecikən tamaşaçılar (oyunun 70-ci dəqiqəsindən sonra) stadiona buraxılmayacaq.

Qəti surətdə qadağan olunur:
1.    Öz yerinizə biletdə göstərilməyən qapıdan daxil olaraq keçmək. 
2.    Stadiona portfel, çanta, hər hansı bir silah növü, deşici və kəsici alətlər, qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq.

Biletdən istifadə qaydaları:
1.    Saxta bilet problemi ilə qarşılaşmamaq üçün biletləri mütləq ”iticket.az” MMC-nin kassalarından və ya ”Sabah” FK-nın bilet satışı üçün nəzərdə tutulmuş məntəqələrindən əldə edin. 
2.    Stadionu tərk edən tamaşaçılar, eyni biletlə stadiona təkrar giriş edə bilməyəcəklər. 
3.    Bilet sahibi stadionun davranış qaydalarına əməl etməyə razıdır.

Yaş məhdudiyyəti / Dil

6+
Sabah FK - St. Patrick's Athletic Sabah FK - St. Patrick's Athletic