"Yeddi nar çubuğu"

Tədbir haqqında

Kiçik həcmli ibrətamiz  məişət nağıllarımızdan olan “Yeddi nar çubuğu”nun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Teatrın baş rejissoru, əməkdar artist Qurban Məsimovun quruluş verdiyi tamaşa klassik nağıl üslubuna tam fərqli baxış kimi də xarakterizə oluna bilər. Belə ki, rejissor ideyadan irəli gələn ibarətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib.Quruluşçu rəssamı Rəvanə Yaqubova olan bu tamaşada teatrsevərlər bütün zamanlarda öz füsunkarlığını qoruyan sehrli nağıl təsvir-təyinini hakim saxlamaqla çağdaş zamanın texnoloji vasitələrinin də fonunda tam klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə nail olub.

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
"Yeddi nar çubuğu" "Yeddi nar çubuğu"

Məkan yeri
Neftçilər prospekti 36, Bakı, Azərbaycan