Xurşidbanu Natəvan

Tədbir haqqında

İlyas  Əfəndiyev

«Xurşidbanu Natəvan»

     Əsərin süjetindən məlum olduğu kimi İbrahim xanın nəvəsi, Şuşa xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan təkcə şairə yox, həm də xeyirxah bir varis kimi nəinki, bütün Şuşada və Qarabağda hətta, bütün Şimali və Cənubi Azərbaycanda şöhrət qazanıb.

             Vətənini, xalqını bütün varlığı ilə sevən Xan qızı hətta şəxsi xoşbəxtliyini də el təəssübünə qurban verir. Tiflis canişininin yavəri dağıstanlı knyaz Xasay bəylə qurduğu ailə ona xoşbəxtlik gətirmir. Şuşada bu izdivacı lağa qoyub gülürlər. Xasay bəy əmisinin təhriki ilə geri – öz Vətəninə qayıtmalı olur. Xasay bəyin də ürəyində öz xalqını ağ günə çıxarmaq istəyi var. Xan qızı ilə onu əslində eyni amal birləşdirir. Ancaq ruhanilərin sünni-şiə fitvası onların məhəbbətini yarıda qoyur. Xan qızı Xasayı nə qədər çox sevsə də, onun yalvarışlarını cavabsız qoyub,  vətənindən, xalqından ayrılıb onunla getmir. Xan qızı özünün ilk məhəbbətini, Xasay bəyi unuda bilməyəcəyini bilsə də, urəyində ömürlük yaraya çevrilən bu sevgini vətənə olan məhəbbətinə dəyişə bilmir.

Xasayın vətəninə qayıdışından sonra Natəvan zadəgan və sadə xalq təbəqələri arasındakı səddi dağıtmaq üçün Cənubi Azərbaycanın şah üsul-idarəsinin zülmündən qaçıb bu taya keçən Seyid Hüseynlə evlənir. Lakin bu izdivaca da dodaq büzənlər çox olur.

     «Xurşidbanu Natəvan» tamaşasında həmçının Azərbaycan xalqının iki hissəyə bölünməsi, bu torpağın vahidliyi uğrunda qurbanların verilməsi, ana dilimizin qorunması, əsərlərimizin öz dilimizdə yazılmasının vacibliyi və Azərbaycan qadınının sevgisi, sədaqəti əsas ideya xətti kimi təqdm olunur.                  

 

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Xurşidbanu Natəvan Xurşidbanu Natəvan

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan