Ələddinin sehirli çırağı

Ç. 30.01.2019 14:00

Ərəb xalq nağılı. “Ələddinin sehrli çırağı” Səhnələşdirən və quruluşçu rejissor – Nicat Kazımov Əməkdar Artist Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış bu tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Qara Cadugərin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır. Lakin insan ağlı hər bir qüvvədən güclüdür. Bu tamaşada da xeyiyxah insanlar qalib gəlirlər. Ələddin yenidən öz anasına qovuşur. Maraqlı aktyor oyunu, gözəl rəqsləri olan bu tamaşada əsil nağıl hadisələri baş verir. Çox gözəl quruluşu, dekorasiyası, geyimləri, rəqsləri və mahnıları olan bu tamaşa maraqla baxılır və balaca tamaşaçılar onu çox sevirlər.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan