Adam Ben Ezra Triosu

Ç. 12.06.2019 20:00

Artıq üçüncü dəfədir ki Bakıda yay mövsümünü  10-15 İyun tarixində keçiriləcək “Baku Summer Jazz Days” ənənəvi festivalı açacaq. Unikal layihə “Baku Summer Jazz Days” “Premier Art Management” prodüser agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi nəticəsində yaranmışdır. Öncəki illərdəki kimi festivalda müxtəlif ölkələrin musiqiçiləri iştirak edəcək - İsrail, Rusiya, Fransa, Gürcüstan və İsveçrə.

 Festivalın ikinci günündə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində İsrailin virtuoz caz ifaçısı Adam Ben Ezra öz triosu ilə çıxış edəcək. Fenomenal kontrabasist, multi instrumentalist və Youtube sensasiyası olan Adam Ben Ezra Bax, Sting, Çik Koria və Bobbi Makferrin kimi müxtəlif əfsanələrdən fərəhlənib və istifadə olunan musiqi alətindən asılı olmayaraq yeni musiqi bəstələmək qərarına gəlib. O öz pallitrasına yenıirənglər qatıb və musiqisinə Caz, Latın və Aralıq dənizi elementləri əlavə edib.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan