Arturo Sandoval

Tədbir haqqında

10 qat Qremmi mükafatı,“Emmi” premiasının laureatı, 6 qat Billbord mükafatına və layiq
olan Arturo Sandoval Bakıda 2 mart tarixində Heydər Aliyev Sarayında konsertlə çıxış
edəcək.
Truba ifaçısı Artur Sandovalın məharətli texniki ifası haqqında çox danışırlar, lakin onun
fotepianoda oyununu eşidənlər və ya klassik kompozisiyalarını dinləyənlər bilir ki, Artuto
Sandoval - zəmanəmizin ən görkəmli musiqiçi, ən parlaq, geniş və tanınmış ifaçılarından
biridir.
Caz əfsanəsi Dizzi Gillespinin şagirdi olan Arturo Sandoval Kuba, Artemisada 6 Noyabr
1949cu ildə anadan olub. Sandoval klassik trubada ifa etməyə 12 yaşından başlayıb, lakin
tez bir zamanda caz musiqisinin dünyası onu heyran edib. O andan Arturo caz trubasında
və flüqerqornda ifa edən, dünyada ən tanınmış musiqiçilərdən birinə, və eyni zamanda
dünyaca məşhur pianoçu və bəstəkara tezliklə çevrildi.
Arturo Sandoval 19 dəfə Qremmi mükafatına nominə edilmiş və onlardan 10-na layiq
görülmüşdür. O həmçinin 6 dəfə Bilbord və 1 dəfə Emmi laureatı olmuşdur. Son mükafatı o
öz biografiyası əsasında olan və HBO tərəfinfən ekranizasiya edilən «For love or Country»
filmindəki bəstəkar işinə görə almışdır, hansınnda Endi Qarsia Arturun rolunda çəkilmişdir.
Bu yaxınlarda Arturo Sandovalın onun Dizzi Gilespi ilə münasibətləri haqqında olan kitab-
xronikası «The man who changed my life» dərc olunmuşdur. Həmçinin 2013-də Artur
Prezidentin Azadlıq Medalı ilə Barak Obama tərəfindən şəxsən mükafatlandırılmışdır.
Sandoval dünyanın aparıcı simfonik orkestrləri ilə daimi ifa edən klassik müsiqiçisi kimi
tanınır. Arturo truba üçün «Concert of or Trumpet & Orchestra» konsertlərin müəllifidir,
hansıyla o həm öz ölkəsində həm ondan kənar çıxış edib. Onun klassik ifasının məharəti
ona dünyanın ən məşhur dirijorların, bəstəkarlarının, simfonik orkestrlərin hörmətini
qazandırdı.
Arturo Sandovalın hərtərəfli istedadını çoxsaylı ifaçılarla birgə edilən yazılarda eşitmək
mümkündür: Dizzy Gillespie, Woody Shaw, Michel Legrand, Josh Groban, Tony Bennett,
Bill Conti, Stan Getz, Johnny Mathis, Frank Sinatra, Paul Anka, Rod Stewart, Alicia Keys və
s.
Sandoval çoxsaylı filmlər üçün musiqi bəstələmişdir, onlar arasında “1000 to 1” Bou
Bridceslə əsas rolda, Endi Qarsia və Vera Farmiqa ilə “Middleton”, və həmçinin “The Perez
Family”, “61”, “Mr. Wrong” və s. filmlər üçün musiqi bəstələyib.
Arturo Sandovalın şəxsiyyəti adilik çərçivəsindən kənara çıxır. Onun Kubada yaşayarkən və
ölkədən qaçandan sonrada göstərdiyi mübarizəsi, ona daha da çox enerji və güc bəxş
edirdi, və bu da onun təkcə uşaqlıq arzularını həyata keçirməyəy yox, həmçinin musiqi
dünyasında onu yaşayan əfsanə edərək ən yüksək nailiyyətləri qazanmağa vadar edib.

Yaş məhdudiyyəti / Dil

Arturo Sandoval Arturo Sandoval