AZECON "The Galactic Journey"

B. 15.04.2018

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə
Cosplay nədir? Cosplay "costume" ve "play" sözlərinin birləşdirilməsi ilə əmələ gəlmiş, “kostyumlu səhnəcik/teatr” olaraq tərcümə olunur. Cürbəcür aksesuarlar və kostyumlar istifadə edərək, əsasən yapon cizgi filmi olaraq bilinən anime (həmçinin başqa xarici cizgi filmlər), komiks, film, oyun, kitab əsasında cosplay sənətçilərinin özlərinin yaratdığı personajları oynadığı kostyum və teatr sənətidir. AzeCON, Azərbaycanda ilk və tək Cosplay Konvensiyasıdır. Bu tədbir anime, manqa/komiks, kibersport və Yapon müasir mədəniyyəti ilə maraqlanan insanları böyük miqyasda bir araya gətirməyi hədəfləyir. Beləcə, AzeCON Azərbaycanın müxtəlif regionlarından eyni maraq sahəsinə malik hər yaşda insanların fikir mübadiləsi apardığı tədbirə halına gəlir. İştirakçılar sevdiyi oyun/film/animelərindəki sevimli personajlarının roluna bürünə bilər. Konvensiyamızın tərkibində, anime, manqa, komiks, film, ədəbiyyat, oyunlarla bağlı təqdimat və satış standları, karaoke, rəqs meydançası, rəsm və əl işləri ilə əlaqəli “workshop”lar, video klip çəkilişi, xüsusən cosplay sənətçiləri üçün fotosessiyalar, və hamının həyəcanla gözlədiyi “Cosplay Yarışması” var!
Faydalı məlumat