• “2 may Bakıda baş tutacaq “İlin Şansonu” mükafatı laureatlarının böyük konserti”


    “Radio Şanson” Respublikamızın sakinlərini və qonaqlarını “İlin Şansonu” mükafatı laureatlarının böyük konsertinə dəvət edir.
    Mixail Bublik, Tamara Qverditseli, İrina Kruq, Denis Maydanov, Aleksandr Marşal, Taisiya Povaliy, Alyona Petrovskaya və digər sənətçilər ən yaxşı ifalarını Mayın 2-də “Bakı Konqres Mərkəzi”- də keçiriləcək konsertdə təqdim edəcəklər. İştirak edəcək sənətçilərin sayı getdikcə artır!
    Rusiyanın populyar radiostansiyası “Radio Şanson” ilk dəfədir ki, belə böyük miqyaslı konsert keçirir. “Öz 20 illiyimiz münasibəti ilə bizim dinləyicilərin ən çox sevdiyi mahnıları günəşli Azərbaycanın sakinləri ilə paylaşmaq istərdik. Hər il öz janrımızın ən yaxşısını seçmişik və bu il sizi onlarla tanış etmək istərdik. Biz əminik ki, bu mahnılar Azərbaycanlı dinləyicilərinin də qəlbində əks-səda tapacaq, çünki yaxşı mahnılar həmişə qəlbdən gəlir ” – deyə radio nümayəndələri bildirib.

GOLD CLUB – VIP Service

Gold Club Baku Convention Center keçirilən tədbirlərdə VIP qonaqlar üçün əlavə ödəmə şərti ilə maksimal rahatlıq və komfort təqdim edən xidmətdir.

  • Mərkəz ərazisinə ayrıca daxilolma
  • Parking
  • Mərkəzə fərdi giriş
  • Fərdi qarderob
  • Yumşaq mebelli lounge zona (300 nəfərlik)
  • Pulsuz qəlyanaltılar, içkilər
  • Müxtəlif növ spirtli içkilər (əlavə ödəmə şərtilə)
  • Üçüncü zəngdən sonra zalda yerləşdirmə
  • Gold Club keçirilən tədbirdən əvvəl 90 dəqiqə,
    tədbir zamanı və tədbirdən sonra 60 dəqiqə fəaliyyət göstərir.

Bu xidmətdən yalnız konsertin keçirilmə tarixində istifadə etmək olar.
*Konsertə biletin təqdim olunması mütləqdir.

+99450 273 99 33

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Tədbirin davam etmə müddəti:
19:00 - 22:00 - Ş., 2 May
Keçirilmə məkanı

Bakı Konqres Mərkəzi

Ünvan
Təbriz Küçəsi, Bakı, Azərbaycan
Telefon
(+994 12) 404 18 81