Çingiz Mustafayev və Palmas qrupu

B.e. 14.11.2016 - Ç.a. 15.11.2016

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə
Çingiz Mustafayev və Palmas qrupu "Unudulmayanlar" layihəsini gerçəkləşdirmək üçün uzun müddətdir ki, gərgin məşq proqramı ilə çalışır. Layihə, adından da göründüyü kimi unudulmayan, sevilən Azerbaycan xalq və bəstəkar musiqilərindən ibarətdir. Qrup bu layihə ilə milli musiqimizə Jazz, Flamenko, Fank çalarları əlavə edərək, eyni zamanda da orijinallığını və milliliyini qoruyaraq, yeni aranjman, yeni nəfəsdə 2 saatlıq konsert proqramı ilə 14,15 noyabr 2016-cı il tarixlərində Beynəlxalq Muğam Mərkəzində çıxış edəcəkdir. Konsert iki hissədən ibarət olub bir hissədə xalq, folklor musiqisinə, digər hissədə isə retro dövrlərin unudulmaz bəstəkar musiqilərinə yer veriləcək.
Faydalı məlumat
Yaş həddi:
12 yaşdan