• Məşhur Britan dueti olan "Hurts" qrupu ilk dəfə olaraq 11 fevral 2021-ci ildə geniş miqyaslı "Faith Tour 2021" tur çərçivəsində Azərbaycanın paytaxtı - Bakıda yeni albom proqramı və ən sevilən hitləri ilə çıxış edəcək.

    2020-ci il senytabr ayının 4-ü Hurts fanatlarının üç ildir gözlədiyi “Faith” adlı beşinci studiya albomu işıq üzü görəcək. Hal-hazırda duet albomdan artıq dörd tam fərqli sinql təqdim edib. Bunlar pop-hit və eksperimental aranjimanı özündə birləşdirən "Voices" treki, atmosfer sint-popu "Suffer", "Redemption" balladası və enerji saçan dinamik "Somebody” kompozisiyalarıdır.

    "Faith" albomu kökə qayıdmaq və eyni zamanda "Happiness" debüt albomunun işiq üzü görməsindən bəri 10 il ərzində qrupda baş verən dəyişiklikləri yenidən düşünüb, qavramaqdır. Musiqiçilər, əvvəlki diskinə dəstək olmaq üçün təşkil olunan "Desire" turnesindən sonra inanılmaz yorğunluqla, eləcə də ruhi xəstəliklər və daxili cinlərlə mübarizələr ilə qarşılaşdıqlarını etiraf ediblər. Bu albom yaranmaya da bilərdi, lakin qrup geri dönüş edərək, yaradıcılıq prosesinin sakit dönəmini 11 yeni mahnı ilə tamamlyıb.

    11 fevral 2021-ci ildə Elektra Events Hall-da Hurts Bakıda yeni albomlarıma dəstək olaraq ilk böyük konsertini verəcək.

    Biletlərin satışa çıxacağı tarix haqda məlumat daha sonra açıqlanacaq.

Faydalı məlumat
Dil:
English
Tədbirin davam etmə müddəti:
20:00 - 23:00 - C.a., 11 Fev
Keçirilmə məkanı

Elektra Events Hall

Ünvan
Dövlət Bayrağı Meydanı
Telefon
(+994 50) 700 70 97