İqor Ponomarenko - əfsanəvi rok hitlər

Tədbir haqqında

 Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi Rok Hitlər” konsert proqramı keçiriləcək.

   ”IP Orchestra Azerbaijan” ifasında konsertdə AcDc, Metallica, Nirvana, Aerosmith, Green Day, Placebo, Blur, Corn, Rammstein, Queen, Mor ve ötesi, Led Zeppelin, Би 2, Zemfira, Marlin Manson, Cranberries və s. ifaçı və qrupların bir-birindən maraqlı mahnıları səsləndiriləcək.

   Gecənin xüsusi qonağı Respublikanın Əməkdar artisti Şəhriyar İmanovdu (tar).

   Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-80 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

+6
İqor Ponomarenko - əfsanəvi rok hitlər İqor Ponomarenko - əfsanəvi rok hitlər