IRIAO Etno - Caz Qrupu

Tədbir haqqında

Artıq üçüncü dəfədir ki Bakıda yay mövsümünü  10-15 İyun tarixində keçiriləcək “Baku Summer Jazz Days” ənənəvi festivalı açacaq. Unikal layihə “Baku Summer Jazz Days” “Premier Art Management” prodüser agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi nəticəsində yaranmışdır. Öncəki illərdəki kimi festivalda müxtəlif ölkələrin musiqiçiləri iştirak edəcək - İsrail, Rusiya, Fransa, Gürcüstan və İsveçrə.

Festivalda Gürcüstanı etno-caz kollektivi İRİAO təmsil edəcək, hansı ki keçən il Eurovision beynəlxalq musiqi müsabiqəsində iştirak etmişdir. İRİAO-nun bütün repertuarı Gürcü xalq musiqisi üzərində qurulmuş və caz elemenləri ilə zənginləşdirilmişdir. İRİAO dünyanın nəhəng festivallarında çıxış etmişdir. Onların arasında İndoneziyanın Java Jazz, Malayziyanın Borneo Jazz Festival, Ukrainanın Alfa Jazz Festival və digər Avstriya, Polşa və Pribaltika ölkələrinin festivallarını sadalamaq olar.

Yaş məhdudiyyəti / Dil

6+
IRIAO Etno - Caz Qrupu IRIAO Etno - Caz Qrupu