Vyana Ştraus Festival Orkestri

B.e. 26.11.2018 20:00

Heydər Əliyev Mərkəzi

M 30 - 180

Tədbir bitib
Tədbir bitib
  • Vyana Ştraus Festival Orkestri. Konsert.

     

    Noyabrın 26-da Vyana Ştraus Festival Orkestri növbəti dəfə Heydər Əliyev Mərkəzində çıxış edəcək. Bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində üçüncü çıxışı olacaq. Musiqi kollektivi 2014 və 2016-cı illərdə Azərbaycandakı tamaşaçılarına maraqlı repertuar, peşəkar ifa və bayram ovqatlı konsert proqramı təqdim edib. Hər iki konsert anşlaqla keçib.

     

    Konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun (Johann Strauss), həmçinin digər klassiklərin – ata İohann Ştraus (Johann Strauss Senior), Yulius Fuçik (Julius Fučík), Yozef Ştraus (Josef Strauss), Eduard Ştraus (Eduard Strauss) və Karl Mixael Tsirerin (Carl Michael Ziehrer) əsərləri ifa olunacaq.

     

    Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə keçəcək. O, dirijorluqla yanaşı, həm də skripkada ifa edəcək.

Keçirilmə məkanı

Heydər Əliyev Mərkəzi

Ünvan
Heydar Aliyev prospekti 1
Telefon
(+994 12) 505 60 01
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Tədbirin davam etmə müddəti:
20:00 - 22:00 - B.e., 26 Noy