Tom Ibarra Kvinteti

C. 14.06.2019 21:00

Artıq üçüncü dəfədir ki Bakıda yay mövsümünü  10-15 İyun tarixində keçiriləcək “Baku Summer Jazz Days” ənənəvi festivalı açacaq. Unikal layihə “Baku Summer Jazz Days” “Premier Art Management” prodüser agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi nəticəsində yaranmışdır. Öncəki illərdəki kimi festivalda müxtəlif ölkələrin musiqiçiləri iştirak edəcək - İsrail, Rusiya, Fransa, Gürcüstan və İsveçrə.

Festivalın ən parlaq iştirakçılarından biri, gənc lakin son dərəcədə istedadlı caz musiqiçisi, Fransalı virtuoz gitarist və bəstəkar Tom İbarradır. Tomun musiqiçi kimi böyüməsində Miles Davis, Pat Metheny və Weather Report kimi nəhəng ulduzlar böyük rol oynayıb. O, Marcus Miller, Richard Bona, Didier Lockwood, Sylvain Luc və başqa bir çox məşhur caz ifaçıları ilə bir səhnədə çıxış edib. Tom İbarra 2017-ci ilin LetterOne "RISING STARS" Jazz Award beynəlxalq caz musiqi yarışının qalibi olub.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan