DB-Chaikhana

C.a. 3.10.2019 14:00

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə

Onun öz həyatı

RejissorTamara Mshvenieradze
İstehsalçı ölkəGürcüstan
Dil: Gürcü (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+

39 il asılılıq və təcriddə yaşayan Nunu Svanetidəki ailəsini tərk etmək qərarına gəlir, və paytaxta köçür. Tanış olmayan şəhərdə tək yaşayaraq özü olmağı öyrənməyə çalışır. Amma əlilliyi olan bir insan kimi, Nunu öz qadın kimliyi və professional həyatı ilə çətinlik çəkir. Film əvvəl dadmadığı təcrübələrin çarəsiz axtarışında olan mübariz obrazı öz səyahətində izləyir.

Kabus şəhəri

RejissorGul Abbasova
İstehsalçı ölkəAzərbaycan 
Dil: sözsüz
Yaş məhdudiyyəti: 0+

Tbilisi qədimi şəhər olsa da, mənimçün həm də gənc, inqilabçı ruhludur. Özünəməxsus kontrastları olan məkandır. Azaddır, yeri gələndə üsyankardır” - deyə, Tbilisidə ilyarım tələbə kimi yaşamış Gülər Abbasova deyir. Bu qısa poetik filmində Gülər Tbilisinin insan əli toxunmuş mühitinə nəzər salır və qeyri-ənənəvi bir üsulla şəhərin atmosferini təqdim etməyə çalışır: sadəcə səsləri, işıqları və kölgələri istifadə etməklə Tbilisinin portretini çəkir, şəhərin sevincini, kədərini və müəmmasını ələ alır. “Şəhərdə hər kəs öz həyatını yaşayır, varlısı varlı, kasıbı kasıb. Demək olar, heç nə nəyinsə kölgəsində itmir, gizlənmir. Bu baxımdan şəhərlə asanlıqla ünsiyyətə girə bilirsən”, Gülər düşünür.

Din haqqında bildiyim bir-iki şey

RejissorAnna Sarukhanova
İstehsalçı ölkəGürcüstan
Dil: Gürcü (AZ və EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+

Bu öz kütləsini verdiyi vədlərlə özünə cəlb edən dini qrupdur. Amma Gürcü Xristian Evangelik Protestant Kilsəsinin əsas mükafatı - Gürcüstanın icbari hərbi qulluğundan yayınmaq imkanı verməsi - o biri dünyada deyil, məhz bu dünyada verilir. 2017-ci ildə Qirçi (Şam Qozası) Partiyasının qeydiyyatına düşən Kilsə, 18 - 27 yaş arası Gürcü kişilərə gürcü qanununda göstərildiyi kimi ruhani olaraq bir illik hərbi xidmətə getməmək imkanını təklif edir. Kilsənin başqa etiqadı yoxdur. Minlərlə - dəqiq olaraq 7000 - gəncin artıq kilsəyə qoşulmağa hazır olduğu görünür. Çoxları bunu hərbi çağırışdan yayınmaq üçün edir. Onlar hərbi qulluqdakı aşağı maaşdan (deyilənə görə aylıq 75 lari və ya 30 dollar), və mənasız işdən şikayətlənirlər. Gürcüstan Müdafiə Nazirliyi Çay Xananın bu barədə sualına vaxtında cavab vermədi. Hökumət tərəfdarlı deputatlar isə Qirçinin “iman” təşəbbüsünə qəti şəkildə qarşıdır.

Mənim olmayan bədən

RejissorPərviz Məcidov
İstehsalçı ölkəAzərbaycan 
Dil: Azərbaycan (EN subtitr ilə)
Yaş məhdudiyyəti: 0+

23 yaşlı transgender Devran ailəsini tərk edib və Bakıya üz tutub; o, hazırda hormon terapiyası alır, genital keçiş prosesindədir. Lakin Azərbaycanda çox az sayda həkim, klinika LGBTİQ+lərə əlçatımlıdır və gender kimliyini sorğulamadan müayinəyə açıqdır. Doğulub böyüdüyü Şəmkirlə müqayisədə paytaxtda imkanların daha çox olmasına baxmayaraq, Devran hələ də ən adi tibbi xidmətləri almağa çalışarkən diskriminasiya və stereotiplərlə üzləşir. Bakıda müraciət olunan onlarla həkim arasından görüşməyə razılıq verən türkiyəli ginekoloq Hakan Tanrıverdi oldu - onun Devranla söhbətini Pərviz Məcidovun sənədli filmindən izləyə bilərsiniz. Film LGBTİQ+lərin reproduktiv sağlamlıq xidmətlərindən istifadə edərkən qarşılaşdıqları çətinliklərə işıq salır.

Faydalı məlumat
Yaş həddi:
0+ yaşdan