AİRP 2019 İllik İnsan Resursları Konfrans və Sərgisi

Ş. 4.05.2019 09:00

Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platforması 4 may tarixində Bakı
Konqres Mərkəzində “insan resursları biznes tərəfdaşı” şüarı ilə AİRP 2019
İnsan Resursları Konfrans və Sərgisi tədbirini keçirir.
 
Tədbirin məqsədi:
Konfransın məqsədi insan resursları funksiyasının şirkətin inkişafında
əhəmiyyətli rolunun çatdırılması, insan resursları əməkdaşlarının şirkətlərində
dəyişiklik yaradacaq insan resursları təcrübələrinin mənimsəyib şirkətlərində
tətbiq etmələri, iştirakçılar və spikerlər arasında peşəkar əməkdaşlıqların
qurulması və qısaca olaraq Azərbaycanda insan resurslarının dəyərinin
artırılması və insan resursları sahəsinin inkişaf etdirilməsində əhəmiyyətli tövhə
verməkdir.
 
Tədbirin keçirilmə formatı:
Tədbirin faydalığının artırılması və insan resursları sahəsinə yuxarı rəhbərliyin
diqqətinin artırılması məqsədi ilə bu il tədbirin açılışından sonra bütün
iştirakçılar yuxarı rəhbərlərin (CEO və s.) və insan resursları rəhbərlərinin (HR
direktor və s.) əsas spiker olaraq yer alacaqları sual-cavab sessiyalarında iştirak
edəcəklər
Tədbirin açılışından əvvəl və əsas spikerlərin sessiya çıxışlarından sonra və
nahar fasiləsində insan resursları sahəsində fəaliyyət göstərən müxtəlif
şirkətlərin (təlim, konsultasiya və s.) yer aldığı sərgi stendində iştirakçılar öz
şirkətləri üçün həllər təklif edən xidmətlərlə tanış olacaqlar.
Tədbirin iştirakçılar üçün maksimum faydalı olması üçün hər 3 auditoriya
səviyyəsinə uyğun 45-50 dəqiqə davam edəcək sahənin ən peşəkalarından
yalnız və yalnız praktiki sessiyalarda (workshop) iştirak edəcəklər.
Faydalı məlumat