Möcüzəli pillələr

Tədbir haqqında

Annotasiya

Ağaxan Salmanlı. “Möcüzəli pillələr”

Teatr ilə ilk  tanışlıq

Yaş reytinqi: 6+

Müəllif: Ağaxan Salmanlı

Quruluşçu rejissor: Nicat Kazımov (Əməkdar artist)

Baş rolların ifaçıları:  Elnur Bəhramxan (Əməkdar artist), Sənan Kazımlı

Janr: müstəqil təcəssüm-kompozisiya

Tamaşanın müddəti:  – 1 saat

 

         “Möcüzəli pillələr” tamaşası teatr ilə ilk tanışlıqdan bəhs edir. Onun maraqlı cəhəti budur ki,  balaca tamaşaçılara tamaşaların necə hazırlanması, səhnənin nə demək olduğu, eyni zamanda, səhnə planları haqqında məlumat verilir. Əslində  teatrın necə bir ciddi yaradıcılıq məkanı olmasından bəhs edən bu tamaşada əsas rolları gənc aktyorlarımız oynayırlar.   

         Gənc nəslin estetik tərbiyəsinə bir töhfə kimi oynanılan bu tamaşa həm də onlara məkanlara uyğun davranış qaydaları barədə informasiya verir.

Çox gözəl səhnə tərtibatı, ciddi anlamlar verən  kölgə oyunları, cazibəli səhnə və aktyor geyimi ilə müşayiət olunan tamaşa gənc tamaşaçılarımıza teatr sənətinə  rəğbət və hörmət hissi aşılayır

Yaş məhdudiyyəti / Dil

6+
Möcüzəli pillələr Möcüzəli pillələr