Qaraca qız

Tədbir haqqında

Süleyman Sani Axundov və Abdulla Şaiq. “Qaraca qız” Quruluşçu rejissor – Vaqif Əsədov Xalq Artisti Qorxulu nağıllar silsiləsindən olan Qaraca qız haqqında əhvalatlar müəlliflər tərəfindən insanlara bir nəsihət, bit mesaj olaraq yazılmışdır. Zəlzələdə valideynləriini itirən Tutu kimsəsiz qalır. Sığınacaq tapdığı ailədə ayı oynadan kişi bununla çörək pulu qazanır. Lakin onu da içkiyə verir. Arvadı Yasəmən qaraçı bir oğlanı sevir. Lakin o, balaca qıza yaxşı rəqs etməyi öyrədir. Yasəmən qaçıb getdikdən sonra çox əziyyət çəkən Tutu ayı onu parçalamasın deyə oyuqda gizlənir. Ova çıxan bəy onu evinə gətirir. Yeganə qızı Pəri ilə əylənməyə icazə verir. Lakin bunun əleyhinə gedən xanım qızın ağzından bir şillə vurur. Tutu məclisdən qaçıb gedir. Onun arxasınca qaçan Pərini ilan çalır. Tutu çatlamış dodaqları ilə zəhəri sorub çıxarır və ölür. Piri baba onun məzarını daş döşündə düzəldir ki, Tutu hər tərəfdən görünsün. Insanpərvərlik, sədaqət, köməksizlərə əl tutmaq kimi bəşəri dəyərləri özündə əks etdirən tamaşa həmişə maraqla baxılır.

Yaş məhdudiyyəti / Dil

6+
Qaraca qız Qaraca qız