UFO - Yadplanetlilərin möhtəşəm şousu

Tədbir haqqında

"UFO" - yadplanetlilərin fantastik sirk şousudur. Hadisələr kosmik gəminin göyərtəsində baş verir. Kosmik gəminin qonağı, uzaq qalaktikaların sakinləri tərəfindən qaçırılan Yer kürəsinin sakinidir. Gəminin məhbusu yadplanetlilərin zəkası və digər sivilizasiya ilə tanış olaraq, Kainatın gizli dərinliyini aşkar edir. Bu fantastik sirk şousunun tamaşaçılarını maraqlı sərgüzəştlər, sirkin gümbəzləri altında kosmik gəmilərin və naməlum uçan obyektlərin heyranedici uçuşları, sirli canlılar ilə görüşlər, akrobatların, gimnastların, klounların və digər artistlərin ifasında “insan imkanları” çərçivəsində olmayan sirk nömrələri gözləyir. “Planetar obrazların”, "galaktika mənzərələrinin", "kosmik uçuşların" və "heyrətamiz gözəlliklərin" dərin məkan hisslərini yaradan müəllif musiqisi, müasir işıq və lazer qurğuları, yeni audio və video texnologiyaları – bütün bunlar və s. yeni UFO sirk şousunda nümayiş etdiriləcək.

Yaş məhdudiyyəti / Dil

0
UFO - Yadplanetlilərin möhtəşəm şousu UFO - Yadplanetlilərin möhtəşəm şousu