Ağa Məhəmməd xan

Tədbir haqqında

Amata Teatr Qrupu (İran)

Amata Theatre Group 2015-ci ildə Tehran Universitetinin tələbələri tərəfindən yaradılıb. Öz tamaşalarında İranın tarixinə, ənənələrinə və mədəniyyətinə istinad edirlər. Eyni zamanda, onların müxtəlif ovqat obrazları amerikalı teatr rejissoru Robert Uilsonun əsərlərindən və dzen-buddizm nəzəriyyəsindən ilhamlanıb. İrandan olan bu eksperimental qrup Qərb və Şərq teatr ənənələrinin simbiozunu təqdim edir. Bu sınaq və eksperimentlərin nəticəsi, sözdən imtina və əsas diqqətin aktyorların plastikasına, habelə səhnəqrafiyaya yönəlməsi ilə bağlıdır. Nəticə etibarilə, ənənəvi dövran dramı tamamilə yeni məna əldə edir.

 

Ağa Məhəmməd xan

“Ağa Məhəmməd xan” – tarixi simaya özünəməxsus baxış, kanonik obrazdan uzaqlaşma və baş qəhrəmanın gizli motivasiyasının axtarışıdır. Qacarlar sülaləsindən olan İran şahının tarixi konkret məna kəsb etməyən obrazlar və səhnə elementləri vasitəsilə bəhs olunur. Rejissor Navid Memarın sözlərinə görə, başlıca məqsəd, ilkin qavrayış səviyyəsində hiss edilən mühitin yaradılmasıdır; tamaşaçı bu mühiti gözləri və şəxsi emosiyaları ilə hiss edir. Öz qəhrəmanını tapmaq üçün, Navid Memar İran tarixinə müraciət edib – sadə, birölçülü anlatmada amansız və qaniçən hökmdar, öz faciəsi, qorxuları və arzuları ilə basılır...

 

 

Rejissor: Navid Memar

Janr: təxəyyül teatrı, fiziki teatr

Tarix: 10/11/2018, şənbə

Vaxt: 15:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Giriş sərbəstdir, əvvəlcədən qeydiyyat)

Dil: sözsüz

Müddət: 80 dəqiqə (antraktsız)

 

Yaş həddi: 18+

Yaş məhdudiyyəti / Dil

18+
Ağa Məhəmməd xan Ağa Məhəmməd xan