"Birgə təəssüratlar" – “Eskizı v prostranstve” teatrı

Tədbir haqqında

“Vovanın 5 yaşı olanda o, bağçada qırmızı ayaqqabılı qıza aşiq olur. Ya qızın, ya da ayaqqabıların sehrinə düşən Vova günorta bütün uşaqlar yatanda qızın çarpayısına yaxınlaşır və onun ayaqqabılarını öpməyə başlayır. Tərbiyəçiyə bu hərəkət heç də xoş gəlmir, buna görə də o, Vovanı döşəmə əsgisi ilə vurur. Bu hekayəni yarım il əvvəl mənə dostum danışıb. Bu hadisədən ilhamlanaraq mən ilk məhəbbətlər haqqında hekayələri toplayıb gülməli və eyni zamanda kədərli bir tamaşa yaratmağa qərar verdim.” – Vika Privalova, tamaşanın rejissoru. “Birgə yaşama” tamaşası ilk məhəbbətdən bəhs edir. Sirlərin hamısını açmasaq da onu qeyd edə bilərik ki, bu bir eksperimental tamaşadır. Zalda tamaşaçı, səhnədə aktyorlar – ənənəvi qəliblərini yaran xüsusi bir təcrübə. “Yaddaşın canlı muzeyinə” daxil olan hər kəs baş verənlərin tamhüquqlu bir iştirakçısı olacaq. Rejissor: Vika Privalova Dramaturq: Yevqeniy Kazaçkov Səs rejissoru: Artur Xayrulin Multimedia: Lera Sançillo, Vika Privalova Çıxış edir: “Eskizi v prostranstve” teatrının aktyorları – Nikita Maltsev, Alisa Kosaryova, Dmitri Mışkin, İrina Mixeyşina, Mixail Petruxin, Marqarita Qoloşumova. Tamaşa rus dilində nümayiş olunacaq. Tövsiyə edilən yaş: 18+ Giriş sərbəstdir, amma yerlər məhdud olduğundan qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün telefon nömrələri: 0502893132 2 noyabr, 19:00 YARAT Müasir İncəsənət Mərkəzi

Yaş məhdudiyyəti / Dil

18
"Birgə təəssüratlar" – “Eskizı v prostranstve” teatrı "Birgə təəssüratlar" – “Eskizı v prostranstve” teatrı