All You Need is Love ...

B. 19.05.2019 10:00

Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin Sərgi qalereyası 2019-cu il aprelin 20-dən mayın 19-dək yeni daimi sərgilər layihəsinə dəvət edir.

"All you need is love…" - Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın bütün ailə üçün interaktiv layihəsidir. Muzey Mərkəzinin Sərgi qalereyası adi sərgi anlamını genişləndirir.

 Sərginin iştirakçılarından biri olan İrina Eldarovanın əsərinin məğzinə çevrilən "All you need is love ..." sitatı öz çərçivəsində adi əşyalara və ya bizi əhatə edən ətraf mühitə fərqli baxışla yanaşan rəssamların səksən əsərini birləşdirir. Ənvər Əsgərov, Fərhad Həmzəliyev, İnna Kostina, Emin Əsgərov, Eldar İbadullayevin təsviri sənət əsərləri və Məmməd Rəşidovun heykəlləri təbiətin oyanışı ilə müşaiyət olunan və əsrlər boyu öz qüvvəsinin dəyişilməz olduğunu sübut edən yaz metamorfozları ilə uzlaşır. Məhz ilin bu fəsli insan qəlbində qanı coşmağa məcbur edən, yaratmaq arzusu oyadan və ətraf mühitin sevgisinin hər hansı bir nyuansını mədh edən inanılmaz hisslər oyadır .

Adı yalnız sərginin adı deyil, həm də onun leytmotivinə çevrilən əfsanəvi The Beatles qrupunun mahnısında oxunduğu kimi, hətta insan hər-hansı bir mümkünsüz halla rastlaşsa belə bütövlükdə hər şeyi həmin hissə həvalə etməlidir və: « All you need is love!»

Ziyarətçilərin hər biri sənət şəklində ifadə edilmiş bir sevgi parçasını təkcə qəlbində və ürəyində deyil həm də rəsmlər arasında xüsusi yerdə yerləşdirilmiş xatirə hədiyyələri də apara biləcək. Irina Eldarovanın  eksklüzivləri də daxil olmaqla onlara diqqətlə baxın: Üzərində onun müəllif rəsmləri olan və xüsusilə də « All you need is love… »  sərgisi üçün işlənmiş fincanlar və çantaların bəziləri rəssamın böyük əsərlərini xatırladır. Və bu, hələ hamısı deyil...

Artıq  sərgi ziyarətçilərini təkcə sənət əsərləri ilə görüş deyil, həmçinin incəsənətə və onun heyrətamiz müxtəlifliyinə həsr olunmuş çoxlu sayda kitablar, kataloqlar, illüstrasiyalı nəşrlər də gözləyir. Rəsm qalereyasının rahat zallarında iştirak edən sənətə dəyər verənlər, sənət biliciləri və ya sənət dünyasına birinci dəfə baş vuranlar gözəllik və harmoniya aləminə düşəcəklər və  uyğun musiqi müşaiyəti əsərlərlə « ünsiyyət » qurmanı gücləndirəcək.

 

"All you need is love… » sərgisi uşaqları səbirsizliklə gözləyir və onlar üçün xüsusi proqram da hazırlanıb: arzu edənlərin hər biri öz sənət istedadını nümayiş etdirə bilər. Hər hansı bir yaş məhdudiyyəti yoxdur. Belə ki, özünüzü bir rəssam rolunda sınayın! Bunun üçün, sadəcə, xüsusi hazırlanmış qələmlər, flomasterlər və boyaları  götürmək və ətrafdakı rəsmlərin mövzusunu kağıza köçürmək lazımdır. Bu işlərin ən yaxşıları Muzey Mərkəzinin Sərgi qalereyasının ekspozisiyasının bir hissəsi olacaq və məşhur rəssamların əsərləri ilə yanaşı nümayiş etdiriləcək.

 « All you need is love ... » sərgisinə biletləri həmçinin Muzey Mərkəzinin kassasından əldə etmək olar.

Faydalı məlumat
Yaş həddi:
0+ yaşdan