-
Cari ilin 19 fevral tarixindən 1 marta qədər Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəliyevin “SPEKTRUM” adlı fərdi foto-sərgisi nümayiş olunacaqdır.
Xaliq Vəliyev –1993-cü ildə Şəmkir şəhərində anadan olmuşdur. Hal-hazırda Şəmkir Regional Mədəniyyət idarəsində fotoqraf kimi , Azərbaycan Skautlar Assosiasiyasında isə könüllü fotoqraf kimi çalışır. Çəkdiyi fotolar daha çox sənədli fotoqrafiya üslubundadır eyni zamanda təbiət, portret, astrofotoqrafiya, tarix və.s janrlarında da fotolar çəkir. “Baku photo” və “Azərbaycanım ” adlı fotomüsabiqəsinin finalçılarından olmuş və Bir çox digər müsabiqələrdə iştirak etmiş, 2019- cu ildə Bakıda UNESKO- nun 43-cü sessiyasında keçirilən ''İpək yolu gənclərin gözü ilə'' adlı beynəlxalq fotosərgidə yayımlanan ''Gənc musiqiçi'' adlı portretlə Azərbaycanı təmsil etmişdir.
Faydalı məlumat
- Yaş həddi:
- 0+ yaşdan
- Tədbirin davam etmə müddəti:
- 10:00 - 18:30 - B., 23 Fev