Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Ç.a. 28.01.2020 10:00 - Ş. 29.02.2020 18:00

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

M 1 - 3

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması,saxlanması, araşdırması və təbliğidir.

Muzeyin fondunda 50 mindən çox eksponat toplanmışdır. Bunlardan Azərbaycan milli musiqi alətləri olantar, kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə də özunəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri - əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun,  milli professional vokal sənətinin banisi Bülbülün, görkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun və digər musiqi xadimlərinin müəllif not əlyazmaları, şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri sənət nümunələri, notlar, kitablar və s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli nümunələridir.

Biletləri saytda və muzeyin kassasından əldə etmək olar.

Muzey bazar ertəsindən başqa hər gün saat 10-00 – dan 18-00 – dək işləyir.

Faydalı məlumat
Yaş həddi:
0+ yaşdan
Dil:
Azərbaycanca
Keçirilmə məkanı

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Ünvan
49 Neftçilər Prospekti, Bakı
Telefon
+994(012) 498 81 84