“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu

Ş. 20.07.2019 10:00 - Ç. 31.07.2019 20:00

Atəşgah məbədi

M 0.2 - 5

“Atəşgah məbədi” – Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir.
Tarixi mənbələrdə yazıldığına görə, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş bu məbəd 24 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Tarixçilərin yazdığına görə, müxtəlif vaxtlarda tikilmiş hücrələr və ibadətgah XVII əsrin sonlarında ümumi hasara alınmışlar. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə tikilmişdir. XIX əsrin əvvəllərində məbəd artıq hazırkı görünüşünü almış və dəyişdirilmədən dövrümüzədək qalmışdır.
Yerli memarlıq ənənələri üslubunda tikilmiş “Atəşgah” özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir. Hazırda dünyada yalnız iki yerdə — Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi — ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır.
Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.
Faydalı məlumat
Yaş həddi:
0+ yaşdan
Keçirilmə məkanı

Atəşgah məbədi

Ünvan
Atamoğlan Rzayev, Bakı, Suraxanı, AZ1049
Telefon
+994(012) 565-12-88