Mylène Farmer 2019 – Le Film

Tədbir haqqında

Ölkə: Fransa
İl: 2019
Dil: Fransız dilində, subtitrlərsiz
Müddət: 120 dəq.
Janr: Film-konsert
Yaş: 16+
Rejissor: Fransua Anss

Altı illik fasilədən sonra Milen Farmer Avropanın ən böyük zalında Parisin məşhur LaDefenseArenasındakonsertlər seriyası verərəkqalibcəsinə səhnəyə qayıtdı. Proqrama Désobéissance («İtaətsizlik»)albomundan pərəstişkarlar tərəfindən sevilən hitlər daxil edilmişdiEnergetikasına görə dəlisov təqdimatları 235.000 adam canlı izləyib, amma əlbəttə hətta la Defense Arena kimi nəhəng zal belə məşhur müğənninin bütün pərəstişkarlarını toplamaq imkanına malik deyildi. Buna görə də Farmerin yaradıcılığını qiymətləndirən hər kəs üçün La DefenseArena konsertinin yazısını böyük ekranlarda izləmək əsl hədiyyə olacaq. Şou məxsusi olaraq kinoteatrlar üçün 4K Cinemascope formatında , Dolby Surround 7.1 və Dolby Atmos səsi ilə çəkilib. “MİLEN FARMER 2019 KİNOda tamaşaçılara unudulmaz təəssüratlar bəxş edəcək, super müasir texnologiyalar sayəsində inanılmaz həcmli səsvə başgicəlləndirici xüsusi effektlər özünü qabarıq büruzə verəcək.

Yaş məhdudiyyəti / Dil

16+
Mylène Farmer 2019 – Le Film Mylène Farmer 2019 – Le Film