Obey

Tədbir haqqında

İl: 2018
Ölkə: Britaniya
Rejissor: Cemi Cons
Aktyor heyəti: Markus Ruterford, Sofi Kennedi Klark, Maykl Quarti, Sem Gittins, T'Nia Miller
Janr: dram
Xronometraj: 96 dəq.
Yaş məhdudiyyəti: 18+
 
Londonun ictimai iğtişaşlar dövrünə qədəm qoyduğu bir zamanda Şərqi Londondakı plantasiyalarda bir gəncin həyatı fərqli əyalətdən olan bir qıza olan sevgisi üzündən darmadağın olur.
On doqquz yaşlı Leon yeniyetməlik illərini onu övladlığa götürmüş valideynlərin yanında keçirdikdən sonra içki düşkünü anasına baxmaq və artıq yetkin insan kimi yaşamaq üçün evə qayıdır. Təhsili olmadığından və maddi vəziyyətini yaxşılaşdırmaq üçün heç bir ümidi olmadığına görə, Leon boks rinqinə üz tutur. O, tezliklə üsyankar və gözəl Tviggi (Sofi Kennedi Klark) ilə tanış olur. Tviggi öz ailəsinin mərhəmətsiz zənginliyindən qaçıb tərk edilmiş evlərdə yaşayır. Küçələri üsyan bürüdükcə, polis və üsyançılar ətrafı sardıqca, Leon dostlarına qoşularaq mübarizə aparmaq, yoxsa Tviggi ilə yeni həyata başlamaq üçün qərar qəbul etməlidir.
İğtişaşlar fonunda «İtaət et» filmi çıxılmaz vəziyyətdə olan bir gəncin özünü təkmilləşdirmək üçün apardığı mübarizəyə sərt və qəti baxışdır. Yazıçı-rejissor Cemi Cons Londonda ictimai iğtişaşların ən çılğın dövrlərindən birini xarakterizə edən o böyük enerjini mükəmməl ifadə etmişdir. Leon rolunu ifa edən gənc aktyor Markus Ruterford çılğın, coşqulu və həssas obrazı ilə hamını heyran etmişdir. 
 
Mükafat və festival:
Tribeka Film Festivalı — Ən yaxşı kinematoqrafiya

Yaş məhdudiyyəti / Dil

18+
Obey Obey