Bayer 04 Leverkusen - Qarabağ FK

Tədbir haqqında

Bayer 04 Leverkusen və Qarabağ FK komandaları 14 Mart tarixində yerli vaxtla 21:00-da Almaniyanın Leverkuzen şəhərinin BayArena stadionunda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində qarşılaşacaqlar.
Biletlər yalnız onlayn olaraq iTicket.az saytında satışda olacaq və 1 müştəri 2 biletədək əldə edə bilər. Qeyd edək ki, bilet əldə edərkən iştirak edəcək hər bir müştərinin məlumatları (ad, soyad, pasport seriya və nömrəsi) mütləq olaraq qeyd edilməlidir.
İlk mərhələdə müştərilərə voucher-lər göndəriləcək daha sonra isə müştərilər BayArena stadionunun qonaq azarkeşlərə aid girişinin qarşısında (SERVICE GAST) voucher və pasportlarını təqdim etməklə voucher-ləri biletlərlə əvəz edə biləcəklər.

Yaş məhdudiyyəti / Dil

0+
Bayer 04 Leverkusen - Qarabağ FK Bayer 04 Leverkusen - Qarabağ FK