• “Stanislavski Elektroteatrı”nın qastrolları çərçivəsində, Bakıda ilk dəfə Yelena Morozovanın səhnələşdirdiyi “Anam və mənim haqqında” tamaşası təqdim olunacaq.

    Müasir dramaturq və prozaik Yelena İsayevanın pyesi, anası ilə münasibətləri haqda xatirələrini paylaşan, artıq böyümüş bir qız tərəfindən danışılan hekayədir. Anası Çay Donanması Nazirliyinin kino şöbəsində işləyirdi, qızcığaz isə məktəbdə oxuyurdu və onlar hər ikisi müştərək həyatlarında müxtəlif, dramatik və məzəli, macəralar yaşayırdılar. Ən sevimli gəlinciyini rəfiqənə vermək, ədəbiyyat dərsi üçün dürüst inşa yazmaq, ananın iş yerində yatan sərxoş rejissor əmini tutmaq — bütün bu hadisələr qəhrəmanın yaddaşında silinməz iz buraxıb. Bir fərdin xatirələri vasitəsi ilə, tamaşaçılar həm də artıq mövcud olmayan bir ölkənin daha “böyük” tarixi haqda öyrənəcəklər.

    İlk dəfə, Yelena İsayevanın “Anam və mənim haqqında” pyesinin oxunması 2003-cü ildə, “Lübimovka” gənc dramaturqlar festivalında baş tutub, daha sonra isə Moskvada yerləşən Teatr.doc-da səhnələşdirilib. Elektroteatrın səhnəsində aktrisalar Yelena Morozova və Diana Rəhimova dialoqlarını zərif, məzəli üslubda oynayaraq, bizə böyüməyin bütün əsrarəngizliyini xatırladacaqlar.

    Yelena İsayevanın eyniadlı pyesi əsasında

    Rejissor: Yelena Morozova

    Rollarda: Yelena Morozova, Diana Rəhimova

    Tamaşanın müddəti: 1 saat 15 dəq.

    Tamaşanın dili: rus

    Yaş həddi: 16+

    Foto: Olimpiya Orlova-Vilberq

    Afişa dizaynı: Ruslan Abbasov

Faydalı məlumat
Yaş həddi:
16+ yaşdan
Dil:
Русский
Tədbirin davam etmə müddəti:
19:00 - 20:15 - B., 8 Dek
Keçirilmə məkanı

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu

Ünvan
Şəmsi Bədəlbəyli 98, Bakı, Azərbaycan
Telefon
(+994 12)493 74 67