Bir, iki bizimki...

C.a. 6.02.2020 19:00

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə

"Bir, iki, bizimki..."

Yaş həddi: 13+

Müəllif: Kamal Abdulla

Janr: Dram

Dil: Azərbaycan

Tamaşanın müddəti: 65 dəqiqə

                            

Quruluşçu rejissor: Əlif Cahangirli

Quruluşçu rəssamı: İlham Elxanoğlu

   Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində  yazıçı Kamal Abdullanın pyesi əsasında hazırlanan tamaşa Teatr Xadimləri İttifaqının keçirdiyi “Boş məkanın dolğunluğu-2” festivalının qalibi olub. Səhnə əsərində əbədi rahatlıq tapmaq istəyən insanın arzusu, iki fərqli dünyanın sakinlərinin söhbəti, onların bir-birlərinə təmassız toxunuşları, sevgi, ehtiras, peşmançılıq və yenidən qovuşmaq arzusları nağıl dili ilə təqdim olunur. Tamaşada bu dünya ilə o dünya, kimin diri, kimin ölü  olmağı da simvolik xarakter   daşıyır. Yazıçı Kamal Abdulla əsəri 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı  kimi təqdim edir. Tamaşa maraqla baxılır.

Faydalı məlumat
Yaş həddi:
13+ yaşdan