Buratinonun macəraları

Ş. 3.11.2018 12:00

Gənc Tamaşaçılar Teatrı

M 6

Tədbir bitib
Tədbir bitib
  • Aleksey Tolstoy. “Buratinonun macəraları” Tərcümə edəni: Bəhram Osmanov Quruluşçu rejissor - İvitsa Simiç Xorvatiya Dünyanın bir çox yazıçılarının diqqətini cəlb etmiş oduncaq adam rəvayəti onlarla versiyalarda işlənmişdir. Tənha qoca oduncaqdan adam düzəldir və o, canlıya çevrilib insan ömrü yaşayır. Teatrımızda tamaşaya qoyulan bu nağıl da dinamikası, macəraları ilə diqqəti cəlb edir. Tolstoy oduncaq övladı –Buratinoya həyatın ən sərt tərəflərini göstərir. O, atasına qızıl açar gətirmək üçün çox çətin sınaqlardan çıxır. Buratino onu odundan yaradan Karlo atasına sədaqətli qalır, ağıllı, tərbiyəli olmağa, məktəbdə oxumağa söz verir. Onun rastlaşdığı teatr aktyorları, müxtəlif xarakterli insanlar anladırlar ki, həyatda zəhmət, istedad, bir də ağıl insanın yaxın dostu olmalıdır. Böyüklərə hörmət, onların ağıllı məsləhətləri uşaqların yoluna işıq salır. Məhz bu cəhətləri ilə Buratino Karlo ataya xəzinə qapılarını açır və onun yeni bir teatr yaratmasına, isrtedadlı işsiz aktyorları ətrafına toplamağa imkan yaradır.

Keçirilmə məkanı

Gənc Tamaşaçılar Teatrı

Ünvan
Nizami küçəsi 72, Bakı, Azərbaycan
Telefon
(+994 51) 466 23 80
Faydalı məlumat
Yaş həddi:
6 yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
12:00 - 13:30 - Ş., 3 Noy