Eşqi Nigar

Ç.a. 14.11.2017

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə
“Eşq-i Nigar” (Bir hissəli xalq dastanı) Yaş həddi: 16 + Müəllif: “Koroğlu” dastanının motivləri əsasında, Səhnələşdirəni Xatirə Həsənova, Amaliya Ömərova Quruluşçu rejissor: Ayla Həşimova Baş rolların ifaçısı: Zülfiyyə Alhüseynova, Manaf Dadaşov Janr: bir hissəli xalq dastanı Tamaşanın müddəti: 1 saat 15 dəqiqə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Bakı Yunis Əmrə İnstitutu ilə birgə layihəsi əsasında hazırlanmış “Eşq-i Nigar” tamaşası türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın nəzərindən baxışlarını əks etdirir. Bu beynəlxalq layihə əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova dastanın lirik məqamlarından çox, onun bir qəhrəmanlıq dastanı olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkmişdir. Tamaşa yeniyetmə və gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq və sədaqət kimi duyğuları təlqin edir. Azərbaycan və türk xalqlarının nəcibliyini özündə əks etdirən tamaşa musiqisi, plastik həlli, klassik geyimləri, maraqlı rəqsləri ilə diqqəti cəlb edir
Faydalı məlumat