"Sovrulanlar" "Çevrilmə" və "Bolero" baletləri - "Novıy Balet" teatrı

Tədbir haqqında

“Novıy Balet” teatrı diqqətinizə baletmeyster Konstantin Keyxelin quruluşunda “Sovrulanlar”, baletmeyster Kiril Radevin quruluşunda “Çevrilmə” (F.Kafkanın əsərinin motivləri əsasında) və Françesko Ventrilyanın quruluşunda “Bolero” bir aktlı baletlərini təqdim edir. “Sovrulanlar” baleti Bütün zamanlarda insanlar Küləyə ilahi qüvvə kimi yanaşıblar. Bir çox rəvayətlərdə, külək ayrı-ayrı tanrıların obrazlarında çıxış edir. Bütün səfərlər külək Tanrısının himayəsi altında keçirdi. Böyük savaşlar və dəniz döyüşləri bilavistə bu təbii hadisədən asılı idi. “Çevrilmə” baleti M. Vaynberqin musiqisi üzərində qurulmuş tamaşa, tamaşaçıları baş qəhrəmanın yaşadığı anlaşılmaz, dramatik alın yazısı ilə bağlı fantastik ab-havaya qərq edəcək. Həqiqət və cəfəngiyyat arasında incə sədd dramanı qroteskə (sarkazma) çevirəcək, qeyri-reallıq və fantasmaqoriya dünyasına aparacaq, insan taleyi haqqında düşünmək üçün əsas verəcək. “Bolero” baleti Quruluş: Françesko Ventrilya, musiqi aranjimanı: Massimo Marqaria Moris Ravelyanın musiqisinə yazılmış oda, Taleyin əzablı yolları ilə mübarizədə insanın gücünü təsvir edir. “Boleronun” hər bir notu, balet artistlərinə bu ecazkar musiqinin duyğularını və qüdrətini ötürməyə vadar edir. Taleyin dönüklüyü ilə insanın mübarizəsi, sonda zəfər çalan Sevginin timsalında kulminasiya nöqtəsinə çatır, qüvvə və ehtirasın bir-birinə qovuşması ilə tamamlanır. Baletmeyster-repetitor- Rusiyanın Əməkdar artisti Aleksandr Vorotnikov Geyim üzrə rəssam - Mariya Bıçkova İşıq üzrə rəssam - Nikita Smolov Truppa müdiri - Yeqor Maslov Teatrın müdiri - Pavel Nestratov Tövsiyə edilən yaş: 16+ Biletlərin qiyməti 10 AZN-dir. Biletləri iTicket kassalarından və iticket.az onlayn platformasından əldə etmək olar. Tarix: 6 noyabr Saat: 19:00 Məkan: Opera və Balet Teatrı

Yaş məhdudiyyəti / Dil

16
"Sovrulanlar" "Çevrilmə" və "Bolero" baletləri - "Novıy Balet" teatrı "Sovrulanlar" "Çevrilmə" və "Bolero" baletləri - "Novıy Balet" teatrı