"Hamlet-X" Rebus Teatrı

Tədbir haqqında

“Hamlet-X”
(Psixo-plastik qrotesk)
Tamaşa Vilyam Şekspirin “Hamlet” əsərinin əsasında hazırlanmışdır.
“Hamlet-X” tamaşası plastika üzərində qurulmuşdur. Bir çox hadisələrin
açılmasında simvollara böyük yer verilmişdir. Tamaşanın janrını isə psixo-plastik
qrotesk kimi müəyyənləşdirmək olar.
Tamaşadakı proseslər Hamletin qarabasması kimi də dəyərləndirilə bilər.
Bütün baş verən hadisələr ola bilər ki, artıq baş verib, bəlkə də heç vaxt baş
verməyəcək. Bəlkə də, bütün hadisələr əslində tamam başqa şəkildə baş verib. Biz isə “Hamlet-X” tamaşasında bütün hadisələrə Hamletin gözü ilə baxırıq və hər şeyi onun baxış bucağından dəyərləndiririk.

Yaş məhdudiyyəti / Dil

10+
"Hamlet-X" Rebus Teatrı "Hamlet-X" Rebus Teatrı