Edama məhkumun son günü

Tədbir haqqında

Müəllif: Viktor Hüqo
Rejissor: Mir Qabil Əkbərov
Aktyor: Anar Bulud
Janr: Psixoloji dram
Dil: Azərbaycan
Tamaşanın müddəti: 1 saat
Yaş həddi: 13+
Ünvan: Akademik Milli Dram Dram Teatri (kiçik səhnə)
 
Tamaşa psixoloji tamaşadır. Bir insan ölümə məhkum olunub amma məhkum olunma səbəbi bəlli deyil. Səbəb məlum olsa nə olar, olmasa nə olar. Əgər biri ölümə məhkum olunubsa onun səbəbi artiq vacib deyil. Və tamaşanın sonunda ölüm hökmü icra edilir. Lakin həmin adamı incidən daha çox bu cür qanunlardır ki, çox iyrənc və rəzildir. Və bu qanunlar insana fiziki ağrılardan daha çox mənəvi ağrılar verir. Obrazın dili ilə desək, fiziki ağrılar, mənəvi ağrıların yanında heç nədir. 

Yaş məhdudiyyəti / Dil

13+
Edama məhkumun son günü Edama məhkumun son günü