MimOda

C. 12.07.2019 19:00

Tamaşanın adı: MimOda 18+
Müddət: 50 dəqiqə
Yaş həddi: 18+
Rejissor: İmam Həsənov
Rollarda: Elsa Furtado, Elmin Bədəlov, İskra Tarrant, Ceyhun Zabitli
 
Tamaşa haqda: İdeyası ADO`ya məxsus olan, ölkəmizin ilk 18+ tamaşası olan "MimOda"nın premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayanmışdı. Tamaşa bir-birini sevən iki gəncin həyat hekayətindən bəhs edir.
Onlar bir-birini başa düşmürlər. Ancaq anlamırlar ki, sevginin dili yoxdur...
Teatr haqda: ADO Theatre – Collective 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınıb. İncəsənətin müxtəlif sahələri ilə məşğuldur.
Faydalı məlumat
Yaş həddi:
18+ yaşdan