Anamın kitabı

C. 28.02.2020

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə
“ANAMIN KİTABI”
Cəlil Məmmədquluzadənin "Anamın kitabı"pyesi əsasında hazırlanmış eyni
adlı tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır.
Tamaşada Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında
ümumiləşdirilib, müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları
tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna
atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.
“Anamın kitabı” tamaşası yüksək ideyasına və dərin məzmununa görə
böyük tərbiyəvi əhəmiyyət daşıyır. Tamaşada qaldırılan məsələlər bu gün çox
aktualdır.
Tamaşa 1 hissəlidir.
Tamaşanın müddəti – 1 saat 15 dəqiqədir.
Quruluşçu rejissor – Lalə Şirinova
 
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan