• “Paris Notr-Dama ithaf”

    Böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərinin mötivləri əsasında hazırlanıb. Bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 15 aprel 2019-cu ildə baş vermiş yanğın hadisəsinə ithaf olunub.

    Dünyanın xilas yolununun ülvi hisslərdə olduğunu göstərən dramatik və faciəvi səhnələrin yer aldığı maraqlı və ibrətamiz situasiyalarla zəngin səhnə əsərində hadisələr Esmeralda adlı gözəl qadının və onun gözəlliyinin sehrinə düşənlər sırasında olan 3 fərqli insanın ətrafında cərəyan edir. Hər 3 qəhrəman – onlardan biri şair və azadlıq carçısı Qrequar, digəri Notr-Dam kilsəsinin zalım, hiyləgər, tamahkar arxidyakonu (keşiş) Claude Frollo və kilsənin zənglərinə baxan və hamı tərəfindən daim təhqirlərə məruz qalan, alçaldılan qozbel Kvazimodo bu gözəl qaraçı qızının vurğunu idi. Burada Esmeraldonu keşişin şəhvət dolu hisslərindən və ölümün pəncəsindən xilas edən, hətta özü də qatilə çevrilən Kvazimodanın sevgisinin analoqu yoxdur… Eybəcərin daxili gözəlliyi onun eybəcərliyi qədər cəlbedicidir... Əsərdə həmin dövrün cahil idealogiyasının bataqlığı detalları ilə göstərilir. Əhaliyə zülm edən kilsə başıpozuq dəstələrin qaraguruhundan istifadə edərək, daim onların azadlıq istəyini boğmağa çalışır və savadlı insanları zindanların soyuq divarları arasında məhv edir…

     l hissə -  65 dəqiqə

     ll hissə - 60 dəqiqə      

    "Paris Notr-Dama ithaf” tamaşası böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanmışdır. 

     Tamaşanın tərcüməsi, ibrettosu və  quruluşu rejissor Samir Qulamovdur. 

    İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

     

    Teatr bu səhnə əsərini bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edib.

    Tamaşada böyük, plotonik sevgidən bəhs edilir və ali insan nümunəsini ön plana çəkilir.   

     

    Bu səhnə əsərində "Notre-Dame de Paris” müziklına görə "Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

     

    Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev,

     Quruluşçu rəssamı Vüsal Rəhim,

    Quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər,

    Xormeysteri Əməkdar artist Vaqif Məstanov, 

    Musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi,

     Dirijoru Səməd Süleymanlı,

    Konsertmeysteri Kamil Həsənov,

    Rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist – Nadir Xasiyev, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov,  teatrın xor və balet truppasının artistləri  ifa edirlər.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 20:30 - B., 15 Mart
Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Ünvan
Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan
Telefon
(+994 12) 598 49 17