• "Romeo və Cülyetta" (1 pərdəli balet)

    Yaş həddi: 6+

    Kompozitor: Pyotr Çaykovski

    Tipı: Klassik balet

    Tamaşanın müddəti: 35 dəqiqə

     

    Tamaşanın dirijoru: Yalçın Adıgözəlov

    Quruluşçu baletmeyster: Georgi Kovtun

                                          Baletin qısa məzmunu

           Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində yaranmış bu tamaşa baletmeysterlerin müasir dünyada baş vermiş hadisələrə baxışlarını ifadə edir. Son onilliklər ərzində baş verən amansız müharibələr yüzlər və minlərlə Romeo Culyettaiarın həyatına son qoyulmuşdur. Hər bir zəmanənin öz təlxəkləri vardır ki,onlara hamı gülür və lağ edir. Lakin taleyin hökmü ilə Hakimiyyətin bütün şıltaqlıqlarına danışıqsız tabe olur.

           Montekki və Kapulyetti ailələri öz aralarında mənasiz düşmənçilik yaratmiş və bu düşmənçilik onları da məhv edir. Dayanın! Öz ətrafınıza baxin! Öz övladlarınız haqqında fikirləşin! Sizin nəvə və nəticələriniz həyatı Sizdən asılıdır!

     

    "Şəhrizad" (1 pərdəli balet)

    Yaş həddi: 6+

    Kompozitor: Nikolay Rimski-korsakov

    Tipı: Klassik balet

    Tamaşanın müddəti: 35 dəqiqə

     

    Tamaşanın dirijoru: Yalçın Adıgözəlov

    Quruluşçu baletmeyster: Tamilla Şirəliyeva,M.Fokin

                                        Baletin qısa məzmunu

           Kənizlər və sevimli həyat yoldaşı Zibeydə sultan Şəhriyar əyləndirirlər.Qadınların xəyanətkar olduğuna əmin olan kiçik qardaşı Şahzamanın məsləhəti ilə Şəhriyar ova yollanır.

           Hərəmxanada eşq-işrət məclisi qurulur.Lakin məclisin ən qızğın zamanında sultan gözlənilmədən geri qayıdır.O öz kənizlərinin,qulların və hərəmağaların edam olunmasına hökm verir.

          Zibeydə intihar edir.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Tədbirin davam etmə müddəti:
19:00 - 21:00 - B., 9 Dek
Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Ünvan
Nizami küçəsi 95, Bakı, Azərbaycan
Telefon
(+994 12) 493 31 88