"Qaratoxmaq qadın". Monotamaşa

Tədbir haqqında

Aprelin 16-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Yevgeni Knyazevin dahi rus şairi Aleksandr Puşkinin «Qaratoxmaq qadın» povestinin motivləri  əsasında monotamaşası təqdim olunacaq.

Y.Knyazev tanınmış teatr və kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə həmin teatrda «Qaratoxmaq qadın» tamaşasında German rolunu oynayıb. Əsərə Pyotr Fomenko quruluş verib. Bundan illər sonra Y.Knyazev səhnədə tərəf müqabillərindən imtina edir və «Qaratoxmaq qadın»ı tək yaradır: yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayır.

Minimum dekorasiyadan istifadə edilən səhnədə Y.Knyazevin parlaq ifası, qəhrəmanları ustalıqla canlandırması tamaşaçılara A.Puşkin yaradıcılığının sehrinə düşməyə imkan verəcək.  

Yaş məhdudiyyəti / Dil

6+
"Qaratoxmaq qadın". Monotamaşa "Qaratoxmaq qadın". Monotamaşa