12-ci gecə və ya hər nə istəsəniz

C.a. 21.11.2019 19:00

Gün
:
Saat
:
Dəqiqə
:
Saniyə

"On ikinci gecə və yaxud nə istəsəniz"

Yaş həddi: 13+

Müəllif: Vilyam Şekspir

Janr: Komediya

Dil: Azərbaycan

Tamaşanın müddəti: I hissə - 90 dəqiqə

                                    II hissə - 45 dəqiqə

Quruluşçu rejissor və rəssam: Azər Paşa Nemətov

Rejissor: Anar Sadoqov

                Hər zaman Azərbaycanda Vilyam Şekspir yaradıcılığına maraq  böyük olub.Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, lakin Şekspir yaradıcılığına maraq  daha da artır. Bu dəfə teatr V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz” komediyasına  müraciət  etdi. Əsər sevginin, məhəbbətin hökm sürdüyü  nağıllar və xəyallar aləmində baş verən anlaşılmazlıqlar haqqındadır. Sonda anlaşılmazlıq  və yalanlar xoş  sonluqla bitir, hər şey yoluna düşür, gənclik  və məhəbbət qalib gəlir. Tamaşanın süjet xətti ekranla səhnənin, müasirliklə klassikanın vəhdətində, rəqslər, mahnılarla, maraqlı, baxımlı, rəngarəng və dinamik bir formada həll olunur. Tamaşaçı səhnə ilə ekranda baş verənlərə aludə olmaya bilmir.

Faydalı məlumat
Yaş həddi:
13+ yaşdan