Bilet seçin

Faydalı məlumat
Yaş həddi:
0+ yaşdan
Qiymət:
M 50
Tarix:
B.e. 2.08.2021 10:00 - Ç.a. 31.08.2021 13:00

İçərişəhər tour

  • XII əsrə aid divarlarla əhatə olunmuş Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhəri bizimlə yenidən kəşf edin. Bakının ən sirli abidəsi olan – Qız qalası da məhz İçərişəhərdə inşa olunub. Onun hansı məqsədlə tikildiyi tarixçilərə hələ də  məlum deyil. İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar Sarayı isə XV əsrdən etibarəəzəmətli Şirvanşahlar dövlətinin hökmdarlarının iqamətgahı olub. İçərişəhər tarixi abidələri ilə yanaşı, dar küçələrdən, o cümlədən sənətkarlıq emalatxanalarından, suvenir dükanlarından və klassik Azərbaycan təamları təqdim ediləənənəvi restoranlardan ibarət olan labirinti xatırladır. Burada yerləşən onlarla maraqlı sərgi zalı, qalereya və muzeyləri ziyarət edərək gözəl və unudulmaz gün keçirmək olar.

    Ətraflı:

    • Qiymət: 50 azn
    • Başlama vaxtı: 10:00
    • Ekskursiyanın müddəti: 3 saat

    12 İyun, 16 İyun, 20  İyun

    Toplama məntəqələri - Şeytan Çarxı və Port Baku

    13 İyun-3 İyul

    Toplama məntəqəsi -Azadlıq meydanı (Park Bulvar ticarət mərkəzinin yanı)

    Bu tura göstərilən qiymət şəhərin turistləri üçün nəzərdə tutulub.

    Hər hansı bir sualınız yarandığı halda, +994 12 498 12 44; +994 51 229 98 33 nömrələrinə zəng edin yaxud Bakı Turizm İnformasiya Mərkəzinə müraciət edin.

  • "İçərişəhər Dövlət" Tarix-Memarlıq Qoruğu

    "İçərişəhər Dövlət" Tarix-Memarlıq Qoruğu

    Ünvan
    Bakı, Əziz Əliyev küçəsi
    Telefon
    (012) 505 94 16