-
Abşeronun ən qədim yaşayış məskənlərindən biri olan Qala kəndi xalqımızın adət-ənənələrini, ulularımızın sənət nümunələrini və etno həyat tərzini nümayiş etdirir. 81.5 ha ərazisi olan Qoruqda 4 muzey kompleksi, 228 tarixi abidə mühafizə edilir. Bu abidələr sırasında öz tarixliyini bu günə qədər qoruyub saxlamış məscidlər, hamamlar, ovdanlar, türbələr, yaşayış evləri və.s var. Burada Şərqi Abşeronun Tunc dövrünə aid kurqanları, dolmen, qayaüstü rəsmləri ilkin görünüşdə qurulmuş eləcə də mövcud olan landşaft olduğu kimi nümayiş etdirilir. Qala qoruğu ərazisində özünəməxsusluğu ilə diqqəti cəlb edən Qala “Şor göl” və “Qala atçılıq” mərkəzi yerləşir. Beş minillik yaşı olan Qala kəndi “CANLI KEÇMİŞ” ilə əyani tanışlıq üçün Sizin yolunuzu gözləyir.
TURA DAXİLDİR:
MUZEYLƏR
- Açıq səma altında olan Arxeoloji-etnoqrafik muzey kompleksi
- Qala Qəsri
- Əntiq əşyalar muzeyi
- Tullantıdan sənətə muzeyi
İNTERAKTİV TURLAR
- Dulusçuluq sənəti
- Xalçaçılıq sənəti
- Toxuculuq sənəti
- Toy mərasim evində “Xınayaxdı”
- Lavaş yayma
-Dəmirçi sənədi
Samovar çayı – ( lavaş arası şor, qənd, limon, mürəbbə 2 cür)
Heyvanları yemləmək
“Yallı” rəqsi
Qala kəndində gəzinti, “ Qala atçılıq”
“Qala” kafe-milli yeməklər (büdcəyə daxil deyil)
Qala “Etno ev”
Dəyərli valideynlər “İçərişəhər Muzey Mərkəzi” Sizi və övladlarınızı Qala qoruğunda master klassa dəvət edir.
Burada milli kulinariyanın yeməkləri Sizin istəyiniz əsasında seçilir
Qutablar, kabablar, dolmalar və xəmir xörəkləri
Master kalssda hər biriniz yemək hazırlayacaqsınız. Aşbaz bütün prosesi idarə edəcək. Yemək hazır olana qədər Sizin üçün musiqili proqramı təşkil olunacaq və master klasslar hazırlanmış təamların dequstasiyası ilə başa çatacaq.
XIX əsrə aid olan “Etno ev” də əsl bağ həyatı yaşamaq fürsətini əldən verməyin.
Məlumatlar:
Turun müddəti - 2 saat
Piyada tur marşrutunun ümumi məsafəsi – 4 ha
Ekskursiya dili – rus, ingilis
Faydalı məlumat
- Yaş həddi:
- 0+ yaşdan
- Tədbirin davam etmə müddəti:
- 10:00 - 19:00 - B.e., 26 Okt
Keçirilmə məkanı

“Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğu
- Ünvan
- Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sülh küçəsi 83
- Telefon
- (+994 12) 459 14 37