-
Abşeron ənənəsi ilə bəzədilmiş karvansaray hücrələrində kənd məhsulları ilə hazırlanmış süfrənin eləcə də od samovarının çayını dadaraq səhərin ən gözəl anlarını Qalada keçirəcəksiniz.Tura açıq səma altında olan Arxeoloji-Etnoqrafik muzey kompleksi, Qala qəsri, Tullantıdan sənətə və Əntiq əşyalar muzeyi daxildir. Siz ekskursiya ilə yanaşı, 6 sənətkar emalatxanasında fərdi şəkildə müvafiq sənət sahələri ilə məşğul olacaqsınız. Ərazidə yerləşən mini zooparkda heyvanlarla ünsiyyətdə olacaq, ekskursiyanı milli “Yallı” rəqsi ilə başa vuracaqsınız.
Səhər yeməyinə daxildir:
Samovar çayı, çörək-lavaş, yumurta, pendir, şor, xama, yağ-bal, riçal (povidla), qənd-şəkər tozu,
konfet-mürəbbələr, şirin kökə.
- Muzey kompleksləri
- İnteraktiv turlar(dulusçuluq, xalçaçılıq, toxuma, daş oyma, lavaş bişirmə və dəmirçi emalatxanası)
- Mini zoopark
- Xınayaxdı
- Qala kəndində gəzinti “Qala atçılıq”
- “Qala” kafe - milli yeməklər (büdcəyə daxil deyil)
Məlumatlar:
Turun müddəti - 2 saat
Piyada tur marşrutunun ümumi məsafəsi – 4 ha
Ekskursiya dili – rus, ingilis
Faydalı məlumat
- Yaş həddi:
- 0+ yaşdan
- Tədbirin davam etmə müddəti:
- 10:00 - 18:30 - C.a., 15 Okt
Keçirilmə məkanı

“Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğu
- Ünvan
- Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sülh küçəsi 83
- Telefon
- (+994 12) 459 14 37