Ən çox verilən suallar
-
1. Elektron bileti çap edib, tədbirə getmək kifayətdir mi?
Bəli, elektron biletlər çatdırılmır. Elektron poçtunuza gələn e-bileti çap etməyiniz kifayətdir.
-
2. Biletləri nağd ödənişlə haradan əldə etmək olar?
Biletləri şəhərin bütün kassalarından, “28 Mall”, “Ganjlik Mall” ticarət mərkəzlərindən, həmçinin Heydər Əliyev Sarayının kassasından, ASAN Xidmət mərkəzlərindən və teatr kassalarından əldə edə bilərsiniz. Satış məntəqələri haqqında ətraflı məlumatla «Biletlərin satış məntəqələri» bölümündə tanış ola bilərsiniz.
-
3. Çatdırılma xidmətinin qaydaları:
Şənbə və Bazar günlərini çıxmaq şərti ilə, tədbirə 2 gün qalmışadək çatdırılma xidmətimizdən istifadə edə bilərsiniz.
Çatdırılma xidməti ödənişlidir və ödəniş 3 AZN təşkil edir.
Tədbir təxirə salındığı və ya baş tutmadığı təqdirdə çatdırılma ödənişi qaytarılmır. -
4. Neçə yaşından etibarən uşaqlara “Uşaq tədbirlərinə” bilet alınmalıdır?
3 yaşdan yuxarı hər kəsə bilet alınmalıdır.
-
5. Böyüklər üçün nəzərdə tutulmuş tədbirlərə neçə yaşdan etibarən uşaqların girişinə icazə verilir?
6 yaşına qədər uşaqlar böyüklər üçün nəzərdə tutulmuş tədbirlərə buraxılmır. 6 yaşdan yuxarı isə yalnız böyüklərin müşaiyəti ilə tədbirə daxil ola bilərlər.
-
6. Saytdan sifariş etdikdə “Promo code” bölməsini doldurmaq mütləqdir?
Xeyr, “Promo code” bölməsi sizə təşkilatçı tərəfindən özünün təşkil etdiyi tədbirə endirim olduğu təqdirdə istifadəsi mümükündur.