Baku City Tour

• City Tour avtobusu 24 saatlıq bir biletlə şəhərin bütün turistik yerlərini ziyarət etmək üçün
sürətli və rahat bir yol təqdim edir. Bu xidmətin önəmli xüsusiyyəti 8 dildə mövcud audio-
bələdçidir:
- Azərbaycan, Rus, İngilis, Alman, Fransız, Fars, İtalyan və Yapon dilləri. Biletlərə audio-
bələdçi üçün qulaqlıq, avtobusların marşrutunu əks etdirən şəhər xəritəsi və Bakının
görkəmli yerləri haqqında əlavə məlumatlar daxildir. Hər dayanacaqda avtobus şəkil çəkmək
üçün iki və ya üç dəqiqə vaxt verəcəkdir. Və ya ərazinin və onun gözəlliklərinin daha dolğun
təəssüratlarını əldə etmək üçün avtobusdan düşüb, bir saat sonra növbəti avtobus minə
bilərsiniz.
 
Ətraflı:
- Tur müddəti: 1,5 saat
- Marşrutun ümumi məsafəsi: 25 km
-Dayanacaqların sayı: 16
- Başlanğıc nöqtəsi: Azadlıq Meydanı (Park Bulvar Mall-un yanında)
- İş saatları: hər gün saat 10.00-dan 19.00-dək
- Bilet satın alındıqdan 24 saat ərzində etibarlıdır
Keçirilmə məkanı

Baku City Tour

Ünvan
Azadlıq Meydanı (Park Bulvar Mall-un yanı)

Tədbirlər