Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

2005-ci ildə tikintisinə başlanan Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) 2009-cu ilin fevral ayından etibarən istifadəyə verilib. Kompleks  232 490 m2 yaxın ərazini əhatə edir və burada müasir standartlara cavab verən bilet satışı məntəqəsi, gözləmə zalları, açıq və qapalı parkinq, “Avtovağzal” metro stansiyası, Ticarət Mərkəzi (Outlet), Otel, Yanacaqdoldurma məntəqəsi, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində xidmət sahəsini və keyfiyyətini artırmaq məqsədilə avtovağzal ərazisində  bir çox sahələrdə təmir-bərpa və yenilənmə işləri aparılıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən  həm şəhərlərarası, həm də beynəlxalq reyslərə bilet satışı mövcuddur. Şəhərlərarası reyslərdə respublikanın bütün bölgələrinə, beynəlxalq reyslərdə isə Naxçıvan Muxtar Respublikası, Türkiyə, Rusiya Federasiyası, İran və Gürcüstanın müxtəlif şəhərlərinə avtobus reysləri fəaliyyət göstərir. 

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən avtobuslar reys öncəsi texniki baxışdan, sürücülər isə tibbi müayinədən keçirilir.

BBAK-ın köməkçi sahəsində  50 000 m2 ərazini əhatə edən,  2017-ci ilin mart ayından inşasına başlanan və 2019-cu ilin aprel ayından sərnişinlərin ixtiyarına verilən tam müasir standartlara cavab verən  “Nəqliyyat Qovşağı” fəaliyyət göstərir. 

Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib. Qovşaqda gözləmə zalları, dispetçer və məlumat mərkəzi, polis məntəqəsi, parkinq, ictimai-iaşə obyektləri sərnişinlərin istifadəsinə verilib.

Qovşaqdan körpülər vasitəsilə perrona və Ticarət Mərkəzinə keçid (4 keçid) mövcuddur.

 

Bakı, Azərbaycan, AZ1117 Sumqayıt şosesi 3-cü km