Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionu

Möhtəşəm Bakı Olimpiya Stadionu Azərbaycanda keçiriləcək böyük idman tədbirləri üçün 2015-ci ildə fəaliyyətə başlayıb. Bu çoxfunksiyalı stadion 68,700 tamaşaçı tutumuna malikdir. Bakı Olimpiya Stadionu yeni tikilmiş stadionlar üzrə dünyanın 7-ci ən yaxşı stadion kimi StadiumDB tərəfindən seçildi. Stadionun tikintisinə 2011-ci il iyunun 6-da prezident İlham Əliyevin, sabiq FİFA və UEFA prezidentləri – Sepp Blatter və Mişel Platininin təməl qoyma mərasimində iştirakı ilə başlanılıb. Olimpiya Stadionu Avro-2020 yarışlarının 1/4 final və qrup mərhələsi oyunlarına ev sahibliyi edəcək. İnfrastrukturun miqyasına görə Bakı Olimpiya Stadionu regionun ən böyük idman obyektidir

Heydər Əliyev prospekti 323, Bakı, Azərbaycan, AZ1040