Elektra Events Hall

Elektra Events Hall müxtəlif janrlı canlı musiqi konsertlərinin keçirilməsi üçün nəzərdə tutulmuş şəhərimizin yeganə peşəkar meydançasıdır. Bura həmçinin təntənəli tədbir, korporativ şənlik, qurultay, konfrans və sərgilərin keçirilməsi üçün mükəmməl məkandır. Beynəlxalq standartlara cavab verən, gözəl texniki xarakteristikalara və unikal akustik xüsusiyyətlərə malik olan Elektra Events Hall regionun ən böyük konsert meydançasıdır. Keçirilmiş tədbirlər: Robin Schulz, Lost Frequencies, Mahmut Orhan, DMX, Mark Knight, Max Cooper, David Vendetta, M.A.N.D.Y, Otto Knows, Willy Williams, Richard Galliano, Ace of Base, ARTBAT & JOBE, Vera Brejneva, INNA, maNga, Miri Yusif, Röya, Akcent, Timati, Basta, Jah Khalib, Nargiz Zakirova, MOT, Natan, Eldzhey, Miyagi & Endshpil, Band'Eros, Zveri, L'ONE, Egor Kreed, BoomBox və s.

Elektra Events Hall`da tamaşaçı zalının müxtəlif konfiqurasiyaları nəzərdə tutulub. Bu isə öz növbəsində müxtəlif formatlı tədbir keçirməyə imkan verir. Klassik və ya pop musiqisi konsertləri, teatr və ya xoreoqrafiya tamaşaları, myüzikllar, festivallar, işgüzar forumlar, konfranslar, idman tədbirləri, sərgi, banket, furşet və s.

Meydançanın əsas mərtəbəsində 2500 nəfəri qonaq edə biləcək zal yerləşir. O, həmçinin 600 nəfərlik teatr parterinə və ya 250 nəfərlik banket zalına çevrilə bilər. İkinci mərtəbədə yerləşən VİP-zonada isə 200 nəfərə qədər qonaq yerləşədirə bilirik.

 

Keçirilmə məkanı

Elektra Events Hall

Ünvan
Dövlət Bayrağı Meydanı
Telefon
(+994 50) 700 70 97

Tədbirlər