Heydər Əliyev Konqres Mərkəzi - Qəbələ

Heydər Əliyev Konqres Mərkəzi - Qəbələ

Gündən-günə inkişaf edən və getdikcə gözəlləşən Azərbaycan qlobal konfrans və toplantı sektoruna daxil olmaqda qərarlıdır. Dəyəri milyonlarla hesablanan müxtəlif modern və ya arxitektur binalarda çoxsaylı konqres mərkəzləri görmüş iş dünyası birincilərini heyrətləndirmək o qədər də asan deyil. Lakin təbiətin mövcud 11 iqlim qurşağından 9-nun mövcud olduğu Azərbaycanın qədim şəhəri Albaniyanın paytaxtı olmuş Qəbələdə (Qaraçay sahilində) ən son müasir texnologiya ilə təchiz olunmuş Heydər Əliyev Konqres Mərkəzi bu sektorda öz adını qızıl hərflərlə yazacağına iddialıdır. Mərkəz öz qapılarını iri layihələrə və qlobal qərarların verildiyi görüşlərə açıb. Təbiətin çox səxavətlə pay verdiyi qədim şəhərdə sıx və yamyaşıl meşə üzərindən tikilmiş bu möhtəşəm binada ən son texnologiyalarla qurulmuş çoxfunksiyalı istifadə imkanları, intellektual texnikası, zəngin mətbəxi və professional işçi heyəti ilə Heydər Əliyev Konqres Mərkəzinin sizlər üçün strateji ortaq və Azərbaycanda planlaşdırdığınız toplantı və fəaliyyətlər üçün axtardığınız məkan olacağına inanırıq.